NAMAZIN SİRLƏRİ VƏ QAYDALARI

İbadət növlərinin sırasında namaz özünəməxsus əhəmiyyətə malikdir. Allah- təalaya çatıb qovuşmaq üçün ən yaxşı və təsirli yol namazdır. Namaz, Allah- təalanın yeganəliyini, ucalığını və əzəmətini, eləcə də insanlara mükafat və cəza verilən günə nisbət Onun tam malikiyyətini iqrar etməkdir. Namaz, Allahtəalanı hər növ eyib və nöqsandan uzaq bilmək və bütün həmd
və sitayişlərin yalnız Ona məxsus olması deməkdir. Namaz vasitəsilə bu həqiqətə çatırıq ki, Allah- təaladan qeyri heç bir vücud həmd- sənaya layiq deyildir. Bütün tərif və sitayişlər Onun sitayişinə qayıdır. Namaz, kamil yeganəpərəstliyə yetişmək və hər növ şirkdən uzaqlaşmaq vəsiləsidir. Namaz,
Allah- təalanın əzəmət və böyüklüyünə etiraf etmək və heç bir mövcudun böyüklüyə qadir olmaması deməkdir. Namaz, nəfsə, maddiyyətə və şəhvətə qələbə çalmaq üçün ən yaxşı
yoldur. Aydın məsələdir, gözəl və faydalı namaz odur ki, namaz qılan şəxs bir həddə qədər namazın sirləri və rəmzləri ilə tanış olsun. Bu kitab Qurani- Kərimin şərafətli ayələrinə və məsum imamların (əleyhimussəlam) hədislərinə əsaslanaraq bu sirlərin bir hissəsini açıqlamışdı. Mühüm budur ki, bütün möminlər və namaz qılanlar gərək həmişə namazın əsrarına nəzər salalar. Gərək heç olmasa ildə
bir dəfə də olsa, bu sirləri nəzərdən keçirib onları yenidən mütaliə edələr. Əsasən, tərbiyəvi məsələlərdə və Allaha tərəf seyr etməkdə təməl xarakterli tövsiyələri təkrarlamaq lazımdır ki, insan onlara adət edib alışsın. Məhz belə tərbiyənin nəticəsində paklaşmış nəfsin vasitəsilə yeni sirlər aşkar olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button