NECƏ UĞUR QAZANMALI

Gənclik dövrü ümidlər, arzular, şadlıq və təravət dövrüdür. Həyatın bu dönəmində hər gəncin gələcək həyatının üfiqləri şirin yuxular tək öz parlaq gözləri qarşısında canlanır. Düşünür, planlar cızır, beynində böyük arzular yaşadır.

Çox zaman isə insanın gənclik dövrü başa çatır, qocalıq yetişir, amma o, heç kiçik bir arzusuna da çata bilmir. Bəzən də əksinə olur. Bəziləri gözlənilmədən arzuladıqlarından daha çox istəklərinə nail olur və bütün şirin yuxuları gerçəkləşmiş olur. Şübhəsiz, birinin məğlubiyyəti, digərinin qələbəsi səbəbsiz deyil. Hər ikisinin səbəbini onların həyatında axtarmalıyıq. Yəqin bilin ki, həyatda uğur qazanan şəxs həyat səhnəsinə müvəffəqiyyətə zəmanət verən yoldan daxil olmuş, məğlub olan isə, adətən, səhv və yanlış yolları özü seçib getmişdir. 
 Bu kitabı yazmaqda məqsədimiz dünyanın müvəffəq şəxsiyyətlərinin qalibiyyət səbəbləri və xoşbəxtlik sirlərinin bir guşəsini bəyan etməkdir. İstəyirik ki, gənc nəsil bacardığı qədər onların faydalı proqram və təcrübələrindən bəhrələnsin. Öncədən hamarlanmış yol ilə addımlasın, həyatın enişli-yoxuşlu, daşlı kəsəkli yollarından uşaqlaşsın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button