NƏFS TƏHLÜKƏ MƏNBƏYİDİR

İnsan öz nəfsini bəsləyərək maddi həyatının inkişafı uğrunda bütün imkanlarını sərf etməyə çalışır. Bu gərgin cəhdlər və zəhmətlər nəticəsində artıq mövcud zamanda maddi həyatın bütün sahələri müstəqil inkişafa
istiqamət almaqdadır. Yeyinti sənayesi sahəsində əkinçilik, heyvandarlıq, balıqçılıq və müxtəlif növ qida məhsulları istehsal edən zavodların mövcud olması, səhiyyə sahəsində yüksək səviyyəli universitetlər, xəstəxanalar, tədqiqat və araşdırma mərkəzlərinin açılması, məişət, geyim və həmçinin digər sahələrdə böyük inkişaf əks olunmaqdadır. Eyni zamanda əql və
təfəkkür sahəsində də insanların müəyyən inkişafı nəzərə çarpmaqla bu gün artıq bəşər övladının elmin sirlərini və kainatın məchul qalmış məsələlərini kəşf edib öyrənmək istiqamətində yüksək nailiyyətləri mövcuddur. Demək olar ki, elmin hər bir sahəsində özünəməxsus ixtisaslar və elmi-tədqiqat institutları vardır. Zamanın tələbi ilə inkişaf edən məktəblər, universitetlər, tədqiqat mərkəzləri, akademiyalar, konfranslar, elmi jurnallar, həmçinin yeniyeni kəşflər, ixtiralar da bu sahənin yüksək nailiyyətlərinin göstəricisidir. Lakin təəssüflər olsun ki, insanlar sözü gedən sahələrdən fərqli olaraq, öz mənəvi, ruhi və nəfsi sahəyə biganə yanaşmışlar. Hətta bu sahə ilə
bağlı olan psixologiya elmi daha çox maddi tərəfə yönələrək nəfsin və ruhun dərinliklərindən qəflətdə
qalmışdır. Demək olar ki, bu sahə insanların ən zəif və ən az diqqət yetirdikləri tərəfidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button