NƏHCÜL – BƏLAĞƏ

Həzrət Əli ibn Əbu Talib əleyhis-salamm bəlağət və fəsahətdə misli-bərabəri olmayan xütbələri, hikmətli kəlamları, nəsihətləri və məktublarının Şərif Rəzi (vəfatı – 1015) – rəziyəllahu anhu – tərəfindən hazırlanmış toplusu olan «Nəhcül-bəlağə» İslam və bütün dünya mədəniyyəti inciləri sırasına ölməz bir əsər kimi daxil olmuşdur. Bu gün bu əsərin Azərbaycan dilinə tərcümə edilməsi müasir Azərbaycanın dini, elmi, mədəni və ədəbi həyatında son dərəcə əlamətdar və mühüm bir hadisə kimi qiymətləndirilməlidir. Bu baxımdan tərcümənin müəllifləri – Dürdanə xanım Cəfərli, Etibar Quliyev, Ağabala Mehdiyev, habelə höccətul-islam vəl-müslimin Hacı Şeyx Adil Mövlayinin İslam maarifinin mühüm mənbələrin¬dən olan bu əsəri Azərbaycan türkcəsində ərsəyə gətirmək üçün göstərdikləri səy və zəhmət yüksək təqdirə layiqdir. Onlar «Nəhcül-Bəlağə»nin mərhum ayətullah Seyyid Əliyənnəqi Feyzul-İslam tərəfindən təqribən 50 il bundan qabaq İranda fars dilində şərhlərlə çap edilmiş mükəmməl tərcüməsini Azərbaycan dilinə çevirmək kimi ağır və məsuliyyətli bir işin öhdəsindən bacarıqla gələ bilmişlər. Əsəri oxuduqca mütərcimlərin həqiqətən fars, ərəb və Azərbaycan dillərini gözəl bildiklərini, İslamın tarixinə, əsas prinsiplərinə yaxından bələd olduqlarını hiss edirsən. Şübhə yoxdur ki, az bir müddət içərisində belə bir böyük işin öhdəsindən gəlmək mütərcimlərdən yüksək bacarıq, geniş bilik və böyük səy tələb etmişdir.

Bir Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button