NƏSS QARŞISINDA İCTİHAD

Qarşınızdakı kitab “Nəss müqabilində ictihad” adlanır. Bu kitab mərhum Əllamə Əbdülhüseyn Şərəfuddin Amilinin ərəbcə qələmə aldığı “Ənnəssu vəl-ictihad” kitabının tərcüməsidir. Müəllif əvvəlki üç xəlifənin (Əbu Bəkr, Ömər və Osman) Quranın hökmləri və Peyğəmbərin buyurduğu aşkar hökm–nəss ilə müxalifətçiliklərinin, haqqhəqiqətin əleyhinə hərəkət etmələrinin ən aydın nümunələrini mötəbər sünnü kitablarından seçib qələmə almış, həm sünnü, həm də şiə mənbələrində qeyd olunan tarixi hadisələrin sənədlərini qeyd etmişdir. Həmçinin, qeyd olunan xəlifələrin dində əsasını qoyduqları və hal-hazırda milyonlarla bixəbər müsəlmanın arasında “dini sünnət” kimi rəvac verilən bidətləri də qeyd etmişdir. Şübhəsiz, həmin bidətlərdən Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) narazı və bezardır. “Dəftəri-intişarati-İslami” müəssisəsi son dərəcədə dəyərli və öz növbəsində misilsiz olan bu kitabı mütaliə etdikdən sonra ərəb dilindən tərcümə edib onun əvvəlki çaplarına müəyyən qədər düzəlişlər verdikdən sonra əziz oxucuların ixtiyarına verir. Ümidvarıq ki, Pərvərdigari-aləmin razılığını cəlb edə bilək. İnşallah!

Bəyənilmə

User Rating: Be the first one !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button