NÜBÜVVƏTİN SONUNUN SİRRİ

NÜBÜVVƏTİN SONUNUN SİRRİ
İslam dininin gəlişi ilə onun əbədiliyi və nübüvvət kitabının sona yetməsi elan olunmuşdur. Müsəlmanlar nübüvvətin sona yet-məsini həyata keçmiş bir məsələ kimi mənimsəmişlər. Onlar üçün həzrət Muhəmməddən sonra yeni bir peyğəmbərin gəlib-gəlməməsi sual doğurmamışdır. Qurani-kərim peyğəmbərliyin sona yetməsini açıq şəkildə elan etmiş və Peyğəmbər (s) onu
dəfələrlə vurğulamışdır. Yeni bir peyğəmbərin gəlməsi ideyası, müsəlmanlar arasında Allahın təkliyini, yaxud qiyaməti inkar etmək kimi, İslam inancları ilə müxalif sayılmışdır. İslam alimləri tərəfindən bu zəmində aparılan tədqiqatlar yalnız bu ideyanın dərinliyinə varmaq və nübüvvətin sonunun sirrini kəşf etmək məqsədi daşımışdır. Vəhy və nübüvvətin mahiyyəti bəhsinə girişmirik. Minimum bunu bilmək lazımdır ki, vəhy, batinin qeyb və mələkut aləmi ilə təmasda olaraq hidayəti mənimsəməsidir. “Nəbi” digər insanlarla özgə bir aləm arasında əlaqə vasitəsi və həqiqətdə insan aləmi ilə qeyb
aləmi arasında bir körpüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button