Həyət qapısının zəngi çalınanda ürəyim üzüldü. Cəld pəncərəyə tərəf yüyürüb, pərdəni kənara çəkdim: “Əh! Nə pis oldu! Mina heç vaxt bu saatda evə qayıtmazdı!” Həyət qapısından eyvana və sonra da qonaq otağınadək
cəmi altı-yeddi addım idi. İstəmirdim Mina bilsin ki, icazəsiz nout-bukuna açıb baxmışam. Əgər bilsə, neyləyərəm, yəqin ki, dərimi soyar. Tez “Əbu Vəhəb”
qovluğunu bağladım və flaş kartı heç bir fayl yükləməyə imkan tapmadan dərhal çıxartdım. Siçanı monitorun bir guşəsinə çəkib, ekranı qaralandan sonra nout-buku söndürdüm və flaşı da ovcumda sıxdım. Fikrim hələ qovluqda idi. Mina özü onu belə – Əbu Vəhəb (Hüseyn Həmədani) adlandırmışdı.
Onun vaxtsız gəlişi yaman kefimi pozdu. Otağıma girəndə bərkdən qışqırdım: “Bu gün universitetə getməyəcəksən?!” Bu il Minanın birinci təhsil ili idi və mən də yeddinci sinifə keçmişdim. Otağının qapısı qarşısından əlindəki rekorderi mənə göstərərək dedi: “Bunu aparmaq yadımdan çıxmışdı. Dərsdən sonra müsahibələrin ardını yazmağa getməliyəm…”