İqtisadi təhlükəsizliyin mənası
Kimsə güman etməsin ki, iqtisadi təhlükəsizlik yaratmaq – iqtisadi
müftəxorların, sui-istifadəçilərin, iqtisadi zəlilərin yolunu açıq qoymaq deməkdir. İqtisadi təhlükəsizliyin mənası bu deyil ki, ölkənin sağlam qanun və qərarları görməzliyə vurulsun. İqtisadi təhlükəsizliyin mənası odur ki, ölkənin əhalisi və hər hansı bir təbəqədən olan vətəndaşlar iqtisadi fəaliyyətlə məşğul olmaq – istər sənaye işi görmək, istər əkinçilik, sərmayə qoyuluşu və ya ticarətlə məşğul olmaq istəsələr, bilsinlər ki, heç kəs onlara
mane olmayacaq. Amma bunun mənası o deyil ki, müharibə və ya
quruculuq dövründə iqtisadi dolanbaclardan qanunsuz istifadə edib varlanan şəxslər eyni işi iqtisadi təhlükəsizlik adı altında da görə bilsinlər. İqtisadi təhlükəsizliyin mənası iqtisadiyyatda xaos deyil, qoçaqlara, sui-istifadə edənlərə və hər bir fürsətdən qanunsuz yollarla öz kisələrini doldurmağı gözləyənlərin bəhrələnməsi deyil. Bunu bilin.
