
Giriş
İslam inqilabının böyük rəhbəri Ayətullah İmam Xameneinin müqəddəs müdafiə ədəbiyyatı barədə qeydlərini kitab şəklinə salmaq qərarına gəldim. Bu kitab onun uyğun mövzuda bütün fikirlərini əhatə etmir, ancaq əldə olanları elə tərtib etmişəm ki, cəmiyyətdə sözügedən kitablara diqqətin necə çoxaldığını göstərsin.
İlk qeyd yazıçıların və fikir adamlarının bu yeni ədəbiyyata müraciət etməsi üçün çağırış idi. Bu çağırış çoxlarını müqavimət ədəbiyyatına bağladı, bu gün dünya miqyasında milyonlarla oxucunu başına toplamış bir ədəbiyyat formalaşdırdı.
Müharibə kitablarını dəqiq mütaliə etməsi, yazıçı və nəşriyyatları həvəsləndirməsi, xatirə müəlliflərini dəyərləndirməsi, dövlət məmurlarını, hərbçiləri, tələbələri, ruhaniləri və xalqın digər təbəqələrini bu kitabları oxumağa həvəsləndirməsi, xalqı bu ədəbiyyatla tanış etmək üçün aidiyyəti qurumlara müraciəti, mübarizə, fədakarlıq və şəhadət ruhiyyəsini gücləndirməkdən ötrü bir çoxunu onların tərcüməsinə və müxtəlif ölkələrdə çapına qane etməsi İmam Xameneinin bu müqəddəs sahədə gördüyü işlərin yalnız bir qismidir.
Bu tövsiyələr müqavimət ədəbiyyatçılarını həvəsləndirdi, onlar bu gənc ədəbiyyatın necə dəyərli olduğunu başa düşüb can-başla çalışmağa başladılar.
Qarşınızdakı kitab rəhbərin misilsiz əzəmətini göstərən bir tablodur, onun çox geniş mütaliəsini, müharibə əsərlərinə peşəkar yanaşmasını və dünya ədəbiyyatı ilə müqayisə olunan bu yeni ədəbiyyatı formalaşdırmaq istiqamətində müdrik tövsiyələrini nümayiş etdirir.
İmam Xamenei hər bir müsəlmanı, azadlıqsevər insanı bu kitablarla tanış etməyi qarşısına məqsəd qoyub. Çünki onların gözəlliyi və cəlbediciliyi mütaliənin inkişafına səbəb olur, oxucunu allahçı, mübariz, fədakar və həqiqətsevər bir insana çevirmək gücündədir.
“Mən və kitab” və “Xatirələrin yaşıl mehi” kitablarının nəşri, xalqı İmam Xameneinin baxışı ilə tanış etmək üçün səkkizillik müharibəyə aid bəzi kitablara yazdığı rəylərin təqdimat mərasimləri, rəy sərgilərinin keçirilməsi və bu mövzuda məqalələrin yazılması müqəddəs müdafiə
ilə bağlı kitabların yazılması, mütaliəsi və tərcüməsi sahəsində gözəçarpan irəliləyiş yarada bildi.
“Parlaq sətirlər”in nəşri ilə bu ürəkaçan çağırışı mütaliə adamları ilə bölüşməyi arzu edirəm. Ümidvaram ki, ömrümüzün bir hissəsini bu əsərlərin mütaliəsinə həsr etməklə ölkəmizdə və dünyada böyük addımlar atmış olacağıq.
