Giriş
Eşq əfsanələri belə yaranır; bəla dövründə, sıxıntı, hətta aclıq dönəmində… Bu əfsanələr uzun illər sonra da danışılır: yaxında deyil, uzaqda yaranan eşq macəraları, vüsal həsrətilə günləri saymaq. Aşiqin sədaqət üçün yara çox ehtiyacı var. Özü olmayıb yeri görünən yar mövcud olanda necə əzizdisə, indi də o qədər əzizdir. Bəs yar olmayanda eşqə necə sadiq qalmaq mümkündür?.. Qarşınızdakı kitab yarın yoxluğunda eşqinə sadiq qalan bir aşiqin hekayətidir. Şəhid Əhməd Yusifinin həyat yoldaşı xanım Fəxrüssadat Musəvi ilə müsahibələr 2017-ci ilin əvvəllərində başlandı. Yaxşı xatırlayıram, güclü qar yağmışdı, qatardan enəndən sonra vaqonların altından çıxan qatı buxarı gördüm. Günəş çıxmışdı, mavi səma altında hər şey şən və təmiz görünürdü. “Payız gəldi” kitabı dörd il ərzində Zəncana ən azı iyirmi səfərin və otuzsaatlıq müsahibələrin nəticəsidir. Xanım Musəvi bütün görüşlərdə ağlayırdı. Hər dəfə düşünürdüm ki, gələn dəfə yüngülləşər, ağlamaz; amma yenə ağlayırdı. Çəkdiyi əziyyətlərə görə üç nəfərə çox təşəkkür etmək
istəyirəm: Bu iş üçün böyük əmək sərf etmiş Əkbər Kiyanfərə, əməkdaşlığına və iş boyu çox dəqiqliyinə görə şəhidin oğlu Əli Yusifiyə, sonsuz səbri və həvəsləndirməsi ilə məndə güclü stimul yaradan Mürtəza Sərhəngiyə.
Gülüstan Cəfərian
Payız 2020