QAN HOVUZU

Naşirdən
İslam inqilabı tarixinin yazılması inqilabçı qadınların xatirələrinə və təbii olaraq inqilabın özünə çox borcludur. İnqilab və müqəddəs müdafiə dövrlərinin şəhid qadınları, inqilabdan öncəki mübariz qadınlar, inqilab mübarizlərinin həyat yoldaşları, döyüşçü, şəhid, əsir və əlil xanımları, qadın tərbiyəçilər, müəllimlər, təbliğatçılar,
qurucular, alimlər, tədqiqatçılar və sahibkarlar haqda hələ yetərincə yazılmamışdır. Ailənin özəyi kimi, qadının müxtəlif fəaliyyətlərdə iştirakı ailənin digər üzvlərinin də əməkdaşlığına və iştirakına səbəb olmuşdur. Onlar inqilabçı qüvvə yetişdirməyin bütün yükünü necə dinməzcə daşımışlarsa, indi də mübarizələrinin təsvirini elə dinməzcə inqilabçı kişilərin uğurlarının haşiyəsində görürlər. İslam inqilabının qurucu və qalıcı hadisələrində, habelə inqilabi məfhumların, qurumların yaradılmasında, dəyərlərin möhkəmləndirilməsində və inqilabi fəaliyyətlərin davam etdirilməsində qadınların rolu inkaredilməzdir. Lakin məşhur və şablon olan hadisəmərkəzli tarixçilikdə onların rolu çox vaxt sətirlər arasındakı boşluğa, bəzən də inqilabçı kişilərin öz xatirələrində inqilabçı qadınların dünyasına açdığı bacalara həvalə olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button