QASİM ƏMİ

Başlanğıc əvəzi
General Süleymani şəhid ediləndə hamı Amerikaya qarşı qəzəbləndi. Böyüklər “biz hamımız Qasim Süleymaniyik” dedilər, kiçiklər də bir gün general Süleymani olmağı arzu etdilər. Bu zaman belə bir sual ortaya çıxdı: General Süleymani olmaq nə deməkdir? Sizcə, hamı Hacı Qasim kimi hərbçi olub düşmənlə vuruşmağa getsə, həyatımız necə olar? Şagirdlərə kim dərs keçər? Xəstələri kim müalicə edər? Kim əkinçilik edər? Bizə kim ev tikər? Kim taksi sürücüsü olar? General Süleymani olmaq üçün mütləq
hərbçi olmağa ehtiyac yoxdur. Qasim Süleymani kimi olmaq üçün onun xarakter və davranışlarını öyrənməli, həmişə onun kimi rəftar etməyə çalışmalıyıq. Bu kitabda general Süleymaninin həyatından iyirmi əhvalatı birlikdə nəzərdən keçirib onun kimi olmağı öyrənəcəyik. Elə indicə qələmini götür, çünki kitabı yazmaqda sənin də köməyinə ehtiyac olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button