Qədir-Xum hadisəsi baş verdiyi gündən bu günümüzə qədər tarixin hər birsəhifəsində öz dərin təsirini buraxmış nadir tarixi hadisələrdən biridir. Bu hadisədən 1430 ildən artıq keçməsinə baxmayaraq, bu müddət ərzində müsəlmanlar tərəfindən geniş müzakirələrə səbəb olmuş, barəsində saysız-hesabsız yazılar yazılmış, çıxışlar edilmiş, hadisənin hər bir cəhəti baradə təhlillər aparılmışdır. Müsəlmanların böyük bir qrupu bu hadisənin onların öz məhəblərinin əsasları ilə ziddiyət təşkil etdiyini anladıqları üçün bu hadisənin əhəmiyyətini və dəyərini azaltmaqdan ötrü müxtəlif cəhətlərdən inkarçı mövqedə durmağa çalışmışdır. Hətta bu inkarçılıq onların bəzilərini tarixdə baş verməsi gün kimi aydın olan bir hadisəni əsassız dəlillərlə kökündən inkar etməyə sövq etmişdir. Xoşbəxtlikdən müsəlmanların başqa bir qrupu həqiqəti olduğu kimi qəbul etmiş və onların için bir qrup alim həqiqəti üzə çıxartmaq üçün çoxlu əziyyətlərə qatlaşmaqla da olsa, bu dəlillərlə cavablandırmışdır. Hətta bu alimlərin bəziləri hadisəni kökündən inkar etməyə çalışanlara cavab vermək üçün tarixdə bir gündə baş vermiş hadisənin issbatı üçün cildlərlə kitab yazmışlar.