Mübarək Ramazan ayı Allahın insanlara rəhmət və bərəkətidir. Allah-təala bu ayda öz bəndələrini bağışlayıb hidayət etmək istəyir. Allah bu mübarək ayda insanların mənəviyyatını gücləndirib hidayət edərək onların ürəklərini paklaşdırıb ruhlarını təmizləmək istəyir. Mübarək Ramazan ayında Allah-təala Öz bəndələrini azğınlıqdan çəkindirib, çirkin əməllərdən uzaqlaşdırmaqla onları düzgün yola hidayət etmək istəyir. Bir sözlə desək, Allahtəala Ramazan ayında bəndələrinin Ona ibadət edib yaxınlaşmasını istəyir. Bu, bir mütərəqqi insanın ən əsas
hədəfidir. Çünki insanın yaradılmasında məqsəd Allaha
ibadətdir. Mübarək olan Ramazan ayında bir gecə var ki, onun adına Qədr gecəsi deyilir. Həmin bu gecədə əziz İslam Peyğəmbərinə(s) Quran nazil olmuşdur. Quranın ayələrinə əsasən, Qədr gecəsi Ramazan ayının günlərindən birinə təsadüf edir.
