Bu kitabda deyilənlərin həqiqətinə söz yoxdur və belə kəramətləri, yalnız qəlbləri pak olanlar anlaya bilərlər. Kitabda həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın kəramətləri arasında, Əhli-Beyt (əleyhimussalam)-ın aşiqlərindən ötrü Əbülfəzl Abbas (əleyhissalam) və Kərbəla şəhidləri barəsində yazılan “mərsiyələr” də yazılmışdır. Bu mərsiyələri Əbülfəzl aşiqi, ömür-gününü İslam dininin xidmətinə həsr etmiş, mərhum atam Məşədi
molla Vəli bir yerə yığmış və bizlərin əlinə yetirmişdir. Ümidvaram
ki, bu işlərin müqabilində həzrət Əbülfəzl Abbas (əleyhissalam) öz
şəfaətini onadan əsirgəməsin! Onu da qeyd etmək istəyirəm ki, bə`zən Həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın adından şəxsi mənafelərindən ötrü istifadə edib, mənasız işlər görənlər də tapılır. Belə şəxslər üçün də bu kitab bir ibrət dərsi olmalıdır. Biz müsəlmanlar Həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın hansı məqsədlə və nə uğrunda şəhadətə yetməsini
fikirləşməli və əməllərimizi onun getdiyi yol və etdiyi hərəkətlərlə uyğunlaşdırmalıyıq. Yalnız belə olan halda, Allah bizim dualarımızı tez qəbul edər və Qiyamətin günündə o Həzrətin şəfaətini bizdən
əsirgəməz.