1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs qırx gün müddətində əməllərini ixlasla yerinə yetirsə, elm və hikmət çeş-mələri onun qəlbindən dilinə cari olar.”
2-İmam Baqir (ə) buyurmuşdur: “İnsan qırx gün müddətində ima-nını Allah üçün xalis etsə, Allah-taala onu dünyaya qarşı rəğbətsiz (zahid) edər, dünyanın dərdini və dərmanını ona tanıtdırar, daha sonra hikməti onun qəlbində möhkəmləndirib, dilini hikmət ilə danışığa gətirər.”
3-Fəzl ibni Yəsar deyir: İmam Baqir (ə)-ın belə buyurduğunu eşit-dim: “Hər kəs şərab içsə, namazı qırx gün ərzində qəbul olunmaz.”
4-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs mömin qardaşlarından qırx nəfəri dua etdikdən sonra özünü dua etsə, onun hər iki duası qəbul olunar.”
5-İmam Sadiq (ə) buyurmuşdur: “Bir mömin şəxs dünyasını dəyişdikdə, qırx nəfər mömin şəxs dəfn məra-simində iştirak edib, onun mömin olduğuna şəhadət versələr, Allahtaala onu bağışlayar.”
6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Bir şəxsin biz Əhli-beytə məhəbbət barədə yaydığı qırx hədis, onun sədəqə verdiyi qırx min dinardan (qızıl puldan) üstündür. Allah-taala ona hər bir hədis üçün bir peyğəmbərin savabını, hədisin hər bir hərfi üçün isə qiyamət günü bir nur verər.”
7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ümmətimdən hər kəs camaatın istifadə etməsi üçün qırx hədis əzbərləyərsə, Allah-taala onu qiyamət günü fəqih və alim halında gətirər.”
8-Həzrət Peyğəmbəri-Əkrəm (s) imam Əli (ə)-a vəsiyyət edərək buyurmuşdur: “Ya Əli! Ümmətimdən hər kəs Allahın razılığını və axirət aləminin savabını qazanmaq məqsədilə qırx hədis əzbərləyərsə, Allah-taala onu qiyamət günündə peyğəmbərlər, övliyalar, şəhidlər və layiqli şəxslərlə birgə məhşur edər.”
9-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs halal və haram (işlər) barəsində bizim hədislərimizdən qırx hədisi hifz edərsə, Allah-taala qiyamət günü onu fəqih və alim halında gətirər və ona əzab verməz.”
10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mənim ümmətimdən hər kəs sünnədən qırx hədis əzbərləyərsə, qiyamət günü ona şəfaət edərəm.”
11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Vəfatından sonra qırx hədisi (başqalarının istifadə etməsi üçün yazılı şəkildə) qoyub gedən şəxs, cənnətdə mənim dostum olacaqdır.”
12-İmam Sadiq (ə) buyurmuşdur: “Şiələrimizdən hər kəs qırx hədisi hifz edərsə, Allahtaala qiyamət gü-nündə onu fəqih və alim halında gətirər və ona əzab verməz.”
13-Asiman imam Hüseyn (ə)-ın matəmində qırx gün ağlamışdır.
14-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs qırx gün “Əhd” duasını oxusa, imam Zamanın əsgərlərindən olar. Əgər o həzrət zühur etməmişdən öncə ölsə, Allah-taala onu o həzrətə xidmət etmək üçün qəbirdən qaldırar.”