QURANIN TƏHRİFİNƏ DAİR İTTİHAMLARA CAVAB

İslamın Əhli-sünnə və Şiə firqələri Quranın təhrif olunmadığına
dair həmfikirdirlər. Bəzi istisna, ittiham və anlaşılmazlıqları çıxmaq
şərtilə bunu onların özləri də qəbul etmiş və edirlər. Hələ hicrətin
dördüncü əsrində Əbülhəsən Əşəri (873-935) yazırdı ki, imamət və etizala bağlı olan, yəni ağlı bilik mənbəyi kimi qəbul edən və ya
ədaləti üsuli-dinə daxil edən şiələrə görə, Quran nə azalıb, nə ona bir şey əlavə olunub, nə də dəyişikliyə məruz qalıb. (Əşəri Ə. “Məqalat əlislamiyyin”, 1/47) İmam Rəhmətullah Hindi (1818-1891) yazırdı ki, on iki imamçı şiə alimlərə görə, Quran təhrif olunmamışdır və Quranın azaldığını bildirənlərin sözləri məqbul deyildir. (Rəhmətullah Hindi M. “İzhar əl-Həqq”, 3/928. Təəssüf ki, onun bu cümləsi, həmçinin Quranın təhrif edilmədiyinə dair Şiə alimlərindən gətirdiyi sitatlar Səudiyyə Ərəbistanına aid olan bu çapdan çıxarılmış, lakin onlayn kitabxana tərəfindən faylların haşiyəsinə yerləşdirilmişdir) Misirin tanınmış Əhli-sünnə alimlərindən olmuş Əbu Zöhrə (1898-1974) özünün “İmam Sadiq” kitabında yazır: “Müsəlmanların
yekdil rəyinə görə, Quran İslamın ilk mənbəyi, məxəzlər məxəzi və şəriətinin möhrüdür. Mövcud Quran kitabında onun hamısı var və Allah-Taala onu bu günə qədər qorumuşdur… Aralarındakı elmi əsas
fərqlərinə rəğmən, on iki imamçı şiə qardaşlarımızın Qurana baxışı da bütün möminlərin baxışı ilə eynidir”. (Əbu Zöhrə M. “Əl-İmam əsSadiq”, 296)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button