
Tikrit düşərgəsinin baş nəzarətçisi olmuş
və mənə əsas işgəncələri vermiş Vəlid Fərhana
İTHAF OLUNUR!
Bəlkə birinci körfəz müharibəsində ata Buş tərəfindən öldürülmüşdür.
Bəlkə ikinci körfəz müharibəsində oğul Buş tərəfindən öldürülmüşdür.
Bəlkə də sağdır. O, cəddimin müqəddəs məqbərəsinin qonşuluğunda mənə illərlə işgəncə verib.
O məni incidəndə əhlibeytsevər nəzarətçi olan Əli Carullah gizlicə baxıb ağlayırdı. Səmimi eşqlə bu kitabı həmin baş nəzarətçiyə təqdim edirəm, öz əməllərilə istəmədən yaratdığı bütün gözəlliklərə görə.
Və mənim başıma gələnlər gözəllikdən başqa bir şey deyildi.
“Gözəllikdən başqa bir şey görmədim!”
