Ramiz Rövşənin bu bircildliyi, sözlərdən hörülmüş evə bənzəyir. Bir damın altında beş otaq. Bir cildin altında beş kitab. Kitablar kitabı.
Əsərləri dünyanın bir çox ölkələrində çap edilmiş, ingilis, fransız, alman, ispan, polyak, bolqar, rus ukrayna və.s dillərə tərcümə olunmuş şairin bu bircildliyi ana dilimizdə işıq üzü görən ən iri həcmli kitabıdır.
İnanırıq ki, uzun zamandan bəri intizarla gözlənilən bu kitab şairin köhnə oxucalarını sevindirməklə yanaşı, ona həm də yeni yeni oxucular qazandıracaq.
