ŞƏHİD QASİM SÜLEYMANİ MƏKTƏBİ

Ön söz

“Hacı Qasim Süleymani bir məktəbdir”. Bu cümlə İmam Xameneinin 17 yanvar 2020 tarixli cümə xütbəsindən sonra dillərə düşdü. O buyurmuşdu: “Biz əziz şəhidimiz Hacı Qasim Süleymaniyə bir fərd kimi deyil, bir məktəb kimi baxmalıyıq. Bu əziz şəhidimizi dərs dolu bir məktəb, bir yol kimi görməliyik”. Məktəb sistemli və kompleks görüşlər məcmusudur, verdiyi baxış və proqramlarla bəşəri təkamülə doğru aparır. Əllamə Mürtəza Mütəhhəri “məktəb” sözünü belə izah edir: “Məktəb ümumi bir nəzəriyyəyə ehtiyaclıdır; əsas məqsədi insanın təkamülü, ümumi xoşbəxtliyin təmini olan sistemli və kompleks bir layihəyə. Əsas yol və üsullar, gərəkənlər və gərəkməyənlər, yaxşı və pislər, məqsəd və vasitələr, ehtiyaclar, dərd və dərmanlar, vəzifə və məsuliyyətlər orada müəyyən olur, hamı üçün ilham mənbəyinə çevrilir”.

İslam bir məktəbdir. İslam məktəbi insaniyyətin heyvaniyyət, elmin cəhalət, ədalətin zülm, bərabərliyin ayrıseçkilik, fəzilətin qəbahət, təqvanın özbaşınalıq və tövhidin şirk üzərində qələbə nəzəriyyəsidir. Əziz İslam dini belə bir dünyagörüşüilə universal və realist bir məktəbdir.

Əli Şirazi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button