Rafizi deyir: “Fiqhdə (sünni) fəqihlər ona (Əliyə) müraciət edirlər.”
Cavabında deyirik ki, bu aşkar yalandır. Dörd imam arasından və digər fiqh imamlarından heç kim fiqhi məsələlərdə ona (Əliyə) müraciət etmir.
Malik elmini Mədinə əhalisindən götürmüşdür. Mədinəlilər isə demək olar ki, Əlidən bir şey öyrənməyiblər. Onlar öz fiqhlərini yeddi fəqihdən – Zeyd, Ömər, İbn Ömər və digər bu kimi şəxslərədən götürürdülər. Şafei fiqhi əsasən Məkkəlilərdən-İbn Cüreycin əshabından məsələn, Səid ibn Səlim əlQədah və Müslim ibn Xəlid əl-Zənci kimi səhabələrindən öyrənmişdi. İbn Cüreyc isə öz
növbəsində İbn Abbasın Əta və s. kimi səhabələrindən öyrənmişdi. İbn Abbasa gəldikdə, o, müstəqil müctehid idi və səhabələrin sözləri əsasında fətva verərkən də Əlinin yox, Əbu Bəkr və Ömərin sözlərinə əsaslanardı. Həmçinin, o (İbn Abbas), Əlidən gələn bəzi məsələləri inkar edərdi. Bundan başqa, Şafei Malikdən (fiqh) öyrənmiş, daha sonra İraq əhlinin kitablarını yazaraq əhli-hədisin məzhəbini qəbul etdi və özü üçün yol müəyyən etdi. Əbu Hənifənin əsas şeyxi Həmmad ibn Əbi Süleyman idi. Həmmad is öz növbəsində İbrahimdən, o, Əlqəmədən, Əlqəmə özü isə İbn Məsuddan elm almışdır. Əbu Hənifə həmçinin Əlta və digərlərindən də elm götürüb. İmam Əhməd isə əhli-hədis məzhəbinə tabe olub. O, elmi İbn Uyeynədən, İbn Uyeynə isə öz növbəsində İbn Abbas və İbn Ömərdən elm öyrənmiş Əmr ibn Dinardan əxz etmişdir.
