ŞƏHADƏT GÜNƏŞİ

Şiəlik – məhəbbət məzhəbi
Şiәlikdә tәbliğat mәhәbbәt vә eşq әsasında aparılır. Şiәlik mәhәbbәt mәzhәbidir vә mәhәbbәt şiәliyin özәl xüsusiyyәti. Şiәlik kimi mәhәbbәtlә әlaqәdar olan az mәktәb, mәslәk, din, ayin vә tәriqәt tapmaq olar. Şiәliyin kökü mәhәbbәt zülalındadır, tәvәlla vә tәbәrra, sevgi vә nifrәt dinidir. Onda eşq vә mәhәbbәt düşüncә vә ağılla uyğun vә çiyin-çiyinәdir, iman duyğusal bağlılıqla yanaşıdır. Şiәlәrin etiqad vә imanları hәrәkәt vә әmәl mәqamında lazımi tәsiri belә kәsb edir. Hәmin qәribә vә sehrli xüsusiyyәt bütün sәrt müxalifәtlәrә vә geniş düşmәnçiliklәrә rәğmәn, belә bir mәktәbin vә tәfәkkürün bu günә qәdәr yaşamasına bais olmuşdur. Əhli-beyt (ә) mәhәbbәti İslam tәfәkküründә әn üstün dәrәcәli mәhәbbәtdir vә bu fәxr şiәyә mәxsusdur. Bu mәhәbbәtin zirvәsi hәzrәt Əbu Abdullaha (ә) hörmәt vә eşqdә tәzahür olunub, Aşura vә Kәrbәla hadisәsindә – әn yaxşı Allah adamlarının fәdakarlığı macәrasında şiә tarixi vә mәdәniyyәti üçün yadigar qalmışdır. Tarix boyu ruhani vә din tәbliğatçıları dini hәmin hadisәnin sayәsindә qorumuşlar. İndi dә belәdir. Əbu Abdullahın (ә) әza çadırı din tәbliğatı mәclisi, inancların vә ilahi hökmlәrin bәyan edildiyi vә xalqa moizә olunduğu yerdir. Tәbliğatçılar mәhәrrәm vә sәfәr aylarında xalqın hisslәrini dinә vә imana sarı yönәldirlәr. Hәtta ramazan ayında Allah ziyafәti dә Əbu Abdullahın (ә) mәhәbbәt çadırında keçirilir, bu ayın mәnәvi bәrәkәtlәri vә nuru İmam Hüseynә (ә) tәvәssül süfrәsindә paylanır. İlin digәr günlәrindә dә tәbliğat mәclislәri vә minbәrlәr, hansı adla vә hansı bәhanә ilә olsa belә, irfan vә qәhrәmanlığın bu әzәmәtli binası sayәsindә qurulur. Əsrlәr boyu vә son bir neçә әsrdә bizim cәmiyyәtimizdә dinә dair bu baxış vә bu xatırlatma Hüseyn ibn Əlinin (ә) adı ilә bağlı olmuş vә müәyyәn hәddә dini xalqın yaddaşında saxlamışdır. Bu geniş kanal inqilabda işә yaradı. Bizim Aşura hadisәsinә әsaslanan inqilab tәfәkkürümüz bütün ölkәyә çәkilmiş bu nizam-intizamlı kanallarla hәr yerә yayıldı vә xalqı sәhnәyә çıxardı. Əgәr bizim ölkәmizi bu mәsәlәdә digәr müsәlman ölkәlәri ilә müqayisә etsәniz, İmam Hüseynin (ә) adının yaşanmadığı yerdә açıq fәrqi müşahidә edәrsiniz. Bu bizim cәmiyyәtimizә özәl xüsusiyyәtlәr bәxş etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button