SƏNUBƏR – ŞƏHİD İSMAYIL HEYDƏRİNİN HƏYAT HEKAYƏSİ

Hərəm müdafiəçisi şəhid komandir İsmayıl Heydəri 1969-cu ilin fevralın 21-də Mazandaran vilayətinin Amul şəhərində dünyaya gəldi. İbtidai təhsilini Fərsiyu məktəbində aldı. On yaşında ikən İmam Xomeyninin rəhbərliyi ilə İran xalqının möhtəşəm hərəkatını və İslam İnqilabının qələbəsinin şahidi oldu. Onun yeniyetməlik dövrünün ən mühüm hadisələrindən biri 1982-ci ilin yanvarın 26-da Amul əhalisinin əksinqilabçılara qarşı böyük qiyamı idi. İmam Xomeyni də öz vəsiyyətnaməsində bu qiyama görə, Amul sakinlərinə təşəkkür etmiş və onların işini yüksək qiymətləndirmişdi. İsmayıl Heydəri 1984-cü ildə orta məktəbdə oxuduğu dövrdə könüllü olaraq cəbhəyə yollandı. Bir neçə dəfə müxtəlif əməliyyatlarda yaralansa da, cəbhədə iştirakını davam etdirdi. Müharibənin bitməsinə bir il qalmış İslam İnqilabının Keşikçilər Korpusuna qəbul olundu. Həmin dövrdə Zəhra Qulami ilə ailə qurdu. 1990-cı ildə onların ilk övladı dünyaya gəldi. O vaxtlarda İsmayıl müxtəlif işlərlə əlaqədar günlərin çoxunu evdən və ailədən uzaqda keçirməli olurdu. Müharibə bitdikdən sonra orta məktəbi bitirdi və 1994-cü ildə sosial elmlər üzrə imtahanda iştirak edərək qəbul oldu və Gilan Univetsitetində ali təhsilə başladı. Silah hazırlığı üzrə təlimatçı kimi yorulmadan çalışırdı, eyni vaxtda bir neçə qərargahda və hərbi hazırlıq mərkəzində əmri altında olan qüvvələrə təlim 3 verməklə məşğul idi. Həmin illər İsmayılın ailəsi üçün çətin keçirdi. Çünki o vaxtlar İsmayıl elə ezamiyyətlərə gedirdi ki, bəzən öz ailəsindən də gizli saxlamalı olurdu. Kürdüstan və Əfqanıstana yollandığı neçə aylıq ezamiyyətlər bu qəbildən idi. Gilan Universitetini bitirdikdən sonra İsmayıl təlimatçı kimi Tehranda İmam Xomeyni hərbi bazasına təyinat aldı. Bu illər ailə üçün daha çətin keçdi. Nəhayət, ailəsi də bir müddətdən sonra Tehrana köçdü. Suriyada müharibə başladıqdan sonra İsmayıl İŞİD və digər təkfirçi qruplarla döyüşən könüllü qüvvələrə təlim vermək üçün bu ölkəyə yollanan ilk şəxslərdən idi. Halbuki, həmin günlərdə magistratura üzrə “Yaxın Şərqdə islami müqavimət təşkilatları” adlı dissertasiyasını yazırdı. Hərəm müdafiəçilərinin komandiri İsmayıl Heydəri bir neçə dəfə Suriyaya səfər etdikdən sonra 2013-cü il avqustun 19-da Hələbdə təkfirçi qruplarla döyüşdə şəhidlik zirvəsinə ucaldı və neçə illik ayrılıqdan sonra şəhid yoldaşlarına qoşuldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button