Hörmətli oxucular! Bu kitab əsli ərəbcə olan “əl-İstişraqəhdəfuhuvə vəsailuhu” (Şərqşünaslıq, hədəfləri və vasitələri) adlı kitabınərəbcədən dilimizə tərcüməsidir. Əslində kitabın orijinalı iki hissədənibarətdir. Birinci hissədə Şərqşünaslıq elminin əsas yaranmaqayəsiətraflı izah edilir, məsələyə obyektiv elmi yanaşma tərzi iləmünasibət bildirilir. İkinci hissəsində isə ibn Xaldunhaqqındaşərqşünasların çoxsaylı araşdırmalar etməsindən bəhs edilir. BukitabBeynəlxalq Mədinə İslam universitetinin doktorantura mərhələsinin”İslama Dəvət” şöbəsində ixtisaslaşma mərhələsində tədris edildiyiüçün tədris prossesi zamanı kitabı tam şəkildə oxudumvə bukitabınŞərqşünaslıq elmi haqqında xalqımıza çox dəyərli bilgiləri təqdimedəcəyini düşündüm. Bu səbəbdən də kitabın tərcüməsinəqərarverdim. İnanıram ki, bu kitabı oxuyanlar şərqşünaslıqelmininyaranması haqqında dolğun və qərəzsiz fikirlərə yiyələnəcəklər. Sual verilsə ki, nə üçün məhz bu kitabın tərcüməsini mühümhesabetdin? Cavabında deyə bilərəm ki, bu mövzu doğrudandaİslamümmətini maraqlandıran, hələ də mahiyyəti bir çox insanlar tərəfindənbilinməyən bir mövzudur. Kimiləri “şərqşünaslıq” deyəndəşərqxalqlarının dillərini, mədəniyyətlərini, adət-ənənələrini, dinlərini vəs.öyrənən bəsit bir elmi sahəni, kimiləri qərb dünyasınınşərqi özmaraqları üçün öyrənməsini, kimiləri isə digər mənalar haqqındadüşünürlər. Kitabda bu məsələlər elmi əsaslarla təhlil vəizahedilmişdir. Vətənimizdə ömrünü şərqşünaslıq elminə həsr etmiş insanlarazdeyildir. Sovet dövrünün şərqşünaslığı kommunist ateizmininmaraqlarına xidmət etmiş, şərqşünaslar vasitəsilə Azərbaycanxalqınınbir çox sahələrdəki xüsusiyyətləri öyrənilərək incələnmiş vəsovetinideoloji məqsədləri üçün istifadə edilmişdir. Lakin bu kitabda şərqşünaslıq elmi birmənalı olaraq pislənilmir, bu elmin mənfi və müsbət tərəflərinə aydınlıq gətirilir. Bu məsələləreləməsələlərdir ki, şərqşünaslıq yolunda elmi işlər, tərcümələr,araşdırmalar edən dəyərli vətəndaşlarımızın da mütləq bunları bilməsigərəkdir. Bu kitabın ölkəmizdəki şərqşünaslar, islamşünaslar, həmdədigər müxtəlif ixtisas sahibləri üçün faydalı bilgilər verəcəyinəinanıram!
Tərcüməçi: Beynəlxalq Mədinə İslamUniversitetinindoktorantura tələbəsi Sahib Əsədov. Mədinə şəhəri: 2023.06.10