1979-cu ildə İranda İslam İnqilabının parlaq qələbəsi dünyanın
diqqətini bu inqilabın fikri əsaslarına çəkdi. Belə ki, boş əllə və silahsız olan bir cəmiyyətin başdan-ayağa silahlanmış zalım Pəhləvi rejiminə necə qələbə çalması hamını düşündürməkdə idi. Allahın kitabına, Həzrət Peyğəmbərin (s) sünnəsinə və Əhli-beyt (ə) yoluna sadiq qalan bir dövlət onunla davam edən düşmən-çiliklərə rəğmən, hələ də ayaq üstədir və inşallah, Allahın istəyi ilə ayaq üstə qalacaqdır. Bu hadisə dünyanın müxtəlif mütəfək-kirlərini, yazıçılarını və tədqiqatçılarını Quranda sitayiş olunan və onlar üçün xüsusi bir hüquq olan Əhli-beyt (ə) təlimi ilə tanışlıq fikrinə saldı və həqiqəti yaxından öyrənmək istədilər. Dünyanın bu təlimi tanımağa üz tutması başda Amerika və onun müttəfiqləri olmaqla böyük qüdrətləri və sionistləri qorxuya saldı. Onlar bu uca fikir və təfəkkürün regionda yayıla biləcəyindən və onların təsis etdikləri qondarma hökumətlərin laxlayacağından
qorxuya düşdülər. Ona görə də yalançı və tanınmayan firqə və məzhəblərin ətəyindən yapışdılar ki, onların köməkliyi ilə Əhlibeytin (ə) simasını ləkələsinlər və onun azadlıqsevər fikirlərinin yayılmasına mane olsunlar. Təbiidir ki, həmin qondarma və saxta məzhəblərin içərisində vəhhabilik xüsusi rol oynamış oldu. Çünki onun üzərində İslam adı var idi və həmçinin iqtisadi qüdrət və digər imkanlar baxımından bu sahədə daha faydalı ola bilərdi. Buna görə də İran İslam İnqilabından sonra istismarçıların yaratdıqları bu firqənin məsul şəxsləri şiəlik haqda çoxlu kitabların və məqalələrin çapına, eləcə də televiziya proqramlarının hazırlanmasına başladılar. Onların başlıca hədəfi şiəliyin qeyri-məntiqi və qəbuledilməz olduğunu diqqətə
çatdırmaq idi.