Mərifət yolunda addımlamaq çətin, lakin mükafatı səhralardakı qum dənələri qədər çoxdur…
Bütün düşüncə və xəyallarını biçin mövsümünün sevinci bəzəyən bir toxum torpağa əkilərkən çəkdiyi iztiraba yalnız bu duyğu sayəsində sinə gərə bilər. Bir müvəffəqiyyətdəki dəyərin ona nail olmaq üçün dözülən əziyyətlər və çəkilən zəhmətlər mölçüsündə olduğunu bilənlər çətinlik və məşəqqətlərin
bağrında-kı sevinci hər zaman qəlblərində hiss edərlər. Üstəlik bu yolun rəhbəri və müəllimi bir Haqq dostu isə atılan addımlardakı san-cılar sanki tərifsiz bir ləzzətə çevrilməyə başlayar.
Biz də “Hər xidmətin sonu əvvəlindəki səmimi niyyətə görə nəticələnər”düsturuyla niyyətlərimizi götür-qoy edib, bu həqiqət yolunda səbirlə addımlamağa başladıq.
Zamanımızın ən böyük ehtiyacının nə ola biləcəyini düşünərkən bu sualın cavabını eşq və məhəbbət dəryası olan könül söhbətlərində tapdıq.
Bir dəfə dostları ilə birlikdə oturan səhabələrdən biri: “Allahdan nə isə istəyəcək olsaydınız nə istəyərdiniz?”deyə soruşmuşdu: Onlar bu suala belə cavab vermişdilər:
“Maddi imkanlara sahib olub, onu Allah yolunda səxavətlə infaq edə bilməyi istəyərdik.”
Üzündəki ifadədən bu cavabları bir o qədər də bəyənmədiyi aydın olan səhabə verdiyi suala özü belə cavab verdi: “Mən isə Haqq-Təaladan qəlbi xidmət eşqiylə yanan, hərtərəfli kamil insanlar lütf etməsini və bunlarla Allaha itaət yolunda maarifləndirmə xidmətini həyata keçirmək istəyərdim.” Beləcə, hər dövrdə xidmətin ana sütununu təşkil edən “kamil insan” ehtiyacını dilə gətirmiş, diqqətləri bu əsas nöqtəyə çəkmişdi.