Kirman vilayətinin görkəmli əşirət şəhidi və Süleymani elinin övladı Şəhid Sərdar Əhməd Süleymani 1957-ci ildə Baft rayonunun Qənat-Məlik kəndində dünyaya göz açmışdı. İbtidai təhsilini doğulduğu kənddə alan Əhməd yeniyetmə çağında təhsilini davam etdirmək və işləmək məqsədilə əmisi
oğlu və uşaqlıq dostu Qasim Süleymani ilə birlikdə Kirman şəhərinə köçmüş, orada dini dərslərdə iştirak etmiş, mübariz ruhanilərlə tanış olmuşdu.
Əhməd 1978-ci ildə şah rejiminə qarşı ilk mitinqlərin təşkilatçılarından biri kimi mübarizəyə başlamış və bu yolda fədakarlıqlar göstərmişdi. İsfahan Dövlət Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olmasına baxmayaraq, Əhməd İmam Xomeyninin çağırışına qoşuldu, müharibə başlayanda isə Qasim Süleymani ilə birlikdə yeni İslam inqilabını müdafiə etmək üçün haqq cəbhələrinə yollandı, Sarəllah diviziyasının Kəşfiyyat-diversiya rəisi və komandir müavini kimi müxtəlif əməliyyatlarda iştirak etdi. Süleymani elinin bu böyük komandiri və mübariz sərdarı, nəhayət, 1984-cü ilin oktyabrında Meymək yüksəkliklərində arzusunda olduğu şəhadət məqamına nail oldu. O zaman o, yeddiaylıq bir qız atası idi. Hacı Qasimin Əhmədə hörməti o qədər çoxdu ki, şəhadətindən bir neçə il sonra onun tərəfindən həcc ziyarətinə gedib məzar daşının dəyişdirilməsini və üzərinə “Şəhid Sərdar Hacı Əhməd Süleymani”
yazılarının həkk edilməsini tapşırdı. Bu baxımdan, Əhməd Süleymani şəhadətindən sonra hacı olmuş
şəhiddir.
“Əşirətlər fədakarlıq, cəsarət və şücaət baxımından
xalqın ən yaxşılarındandırlar!”
İmam Xamenei