BU KİTABIN MƏQSƏDİ
Bu kitab əziz oxucuları birinci imamımız həzrəti əmirəl-möminin Əli (ə)-a sadiq qalan bir neçə Peyğəmbər (s) səhabələrinin həyat tərzi ilə tanış edəcək. Eləcə də bu kitab o şəxsiyyətlərin daim islam yolunda xalis niyyətli, fədakar, şücaətli, zahid və məsuliyyət hiss edən pak və məsum simalarının cizgilərini rəsm edəcəkdir. Beləliklə, bu kitab islam tarixini və baş verən hadisələri izləyən nəsillər üçün etibarlı və dolğun məlumat mənbəyi olacaqdır. Bəzi tarix kitablarında mövcud olan bir sıra çatışmazlıqları nəzərə alaraq, çalışmışıq ki, bu kitabda imkan dairəsində bəyan etdiyimiz tarixi faktlar və mövzular etibarlı mənbələrə istinad edilsin və tarixi hadisələr bugünkü yazıçılıq normalarına uyğun olaraq təhlil edilib yazılsın.