TARİXİ VƏ DİNİ BƏHSLƏR

İslam müxalifətçiləri və istismarçılar hər gün müxtəlif planlarla öz bədxah niyyətlərini həyata keçirməklə müxtəlif vasitələrlə və hansı yolla olursa-olsun İslamın və müsəlmanların tərəqqisinin qarşısını almağa çalışırlar. Onların tə’sir yollarından biri də müsəlmanların birliyini pozmaq, onlar arasında ayrı-seçkilik salmaq və nifaq
yaratmaqdır. Bir vaxtlar istismarçıların xarici işlər nazirliyindən biri belə dedi: “Zəruridir ki, Qur’anın müqəddəsliyi müsəlmanlar ara-sında aradan getsin, azanın səsi minarələrdən kəsilsin və müsəl-manların ən böyük konqrəsi olan Məkkə (həcc) tə’til olunsun. Yal-nız belə olan halda müsəlmanların mövcudiyyəti aradan gedər”.
Son zamanlar yeni müstəmləkəçiliyin vücuda gəlməsi ilə istismarçıların uzaq ölkələrə ayaqları açılmış və
mühəqqiqlər seli İslam ölkələrinə üz gətirmişlər. Əvvəlcə şərqşünaslıq adı altında millətlərin və tayfaların müxtəlif ruhiyyələrini öyrənməyə başlayırlar. Belə ki, Mister Henfer kimi şəxslər illərlə müsəlman
alimləri arasında ruhani libasında oxumuş və müsəlmanlar arasında təfriqə salmaqla məşğul olmuşdur.
19-cu əsrdən belə istismarçılar “qondarma dinlər” düzəltməklə məşğul olublar. Onların xidmətləri
nəticəsində İranda “bəhaiyyət” və “babiyyət”, Sudanda “Qadyanilər”, Şimali Afrikada “Sunusigəri”, Hindistanda “Əhmədiyyə” və “Kəramətiyyə”, Ərəbistanda isə vəhhabilik firqələrini yaradırlar. Əziz Azərbaycan ölkəsi Qur’anın və Əhli-beyt (əleyhimussəlam) aşiqlərindən və dost tutanlarından sayılır. Bu ölkənin 7 milyonluq cəmiyyətinin 80%-ini şiələr və Əhli-beyt (əleyhimussəlam) tərəfdarı təşkil edir. Azərbaycan xalqının 70 il ərzində İslami mərkəzlərdən və Qur’anın qurucu tə’limlərindən uzaq düşməsinə
baxmayaraq, indi də bu dinin əhkamlarından daha geniş şəkildə faydalanmağa qüdrəti vardır. Bu ölkə
müsəlmanları İlahi mə’rifətinə lazımi şəkildə yiyələnməyə can atırlar. ×ünki onlar Peyğəmbərin (səlləllahu əleyhi və alih) gətirdiyi əsl İslamın, Qur’anın və itrətin aşiqləridir. Aydındır ki, 70 il ərzində dini aşkar şəkildə yaymağa imkanı olmayan bu əhali indi bu boşluğu doldurmağa çalışır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button