
(HƏZRƏT AYƏTULLAH SEYİD ƏLİ XAMENEİNİN NİTQLƏRİNDƏ) ƏMİR ƏL-MÖMİNİN (Ə) ŞƏXSİYYƏTİNİN YÖNLƏRİNƏ BAXIŞ
SONSUZ YÖNLƏRƏ MALİK ŞƏXSİYYƏT
TANINMAMIŞ ŞƏXSİYYƏT
Əsrlərdir bu müqəddəs zatı tanıyan müsəlman və qeyri-müsəlman Əmir əl-Möminin (ə) haqqında söhbət etmiş, yazmış, hələ də yazır, şeirlər qoşur və deyirlər. Lakin deyilənlər aləmin bu möcüzəsini, ilahi qüdrətin kamil nümunəsini, Pərvərdigarın tam kəlməsinin bütün yönlərini bizim üçün aydınlaşdırmağa kifayət deyil.
Əlbəttə, bu problem əsasən bizim tərəfimizdəndir. Bizim öz kiçik və maddi ölçülərlə üns bağlamış zehnimizlə böyük mənəvi və ruhi yönlərə malik şəxsiyyəti təsəvvür etmək gücümüz yoxdur.[1]
Biz gözəl bir cöhrəni karandaşla çəkmək istəyən naşı, savadsız rəssama bənzəyirik, o tərəfə, bu tərəfə dörd xətt çəkirik. Bir heykəl təcəssüm olur. Amma o gözəl çöhrə alınmır. O, bundan daha yüksəkdə durur. Amma bizim çəkdiyimiz o tamamlanmayan təsvir də o qədər gözəl, o qədər yüksək, o qədər görkəmlidir ki, insanın gözünü heyrətə salır
[1] Peyğəmbərin (s) məşhur hədislərindəndir. Həzrət (s) İmam Əliyə (ə) müraciətlə buyurur: “Ey Əli! Məndən və səndən başqa heç kim Allahı layiq olduğu kimi tanımadı. Allahdan və məndən başqa heç kim səni olduğun kimi tanımadı” (“Mənaqibi-İbn Şəhr Aşub”, c. 3, səh. 267; “İrşad əl-qülub”, c. 2, səh. 9; “Təvil əl-ayat əz-zahirə”, səh. 140 və 227; “Bihar əl-ənvar”, c. 39, səh. 84).
