TASUA ƏSGƏRİ

Hərəm müdafiəçisi Şəhid Mustafa Sədrzadənin həyat hekayəsi

Səni əsgər edəcəyəm Otağı yandıraram Həkimə Əfqəh (anası)
Mürtəza dünyaya gələndə Mustafa üç yaş yarımlıq idi. Bir dəfə uşağı qucağıma götürmüşdüm, hamama aparmaq istəyirdim. Mustafa yaxınlaşıb uşaq dili ilə dedi ki, qardaşımı mən yumaq istəyirəm. Dedim ki, oğlum, olmaz. Hamamdan çıxanda birdən Mürtəzanın ayağından tutub qucağımdan dartdı. Acıqla dedim ki, niyə belə edirsən? Hirslə cavab verdi: “İndi ki vermirsən, mən də otağı yandıracağam!” Fikir vermədim, düşündüm ki, uşaqdır, dəcəlliyindən bir söz deyir. Mürtəzanı geyindirib pilləkəndən enmək istəyəndə mətbəxdən tüstü çıxdığını gördüm. Ora çatanda gördüm ki, kovroliti yandırıb. Qapı tərəfi yandırmışdı ki, mən tez bilim. Özü də o boyu ilə bir ədyal götürüb dayanmışdı ki, yanğın böyüsə, üstünə atıb söndürsün. Onda başa düşdüm vəziyyətini…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button