TOM DAYININ DAXMASI

Tom dayının daxması”, qəhrəmanı qaradərili olan ilk Amerikan əsəridir. Harriyet Biçer Stounun yazdığı bu romanda Amerikada köləlik sistemi, irqçilik, bunların insanların psixologiyasına, intellektinə vurduğu pozucu təsirlər, qaradərililərin ağlasığmaz məhrumiyyətləri ustalıqla qələmə alınmışdır. ABŞ-da quldarlığa və afro-amerikanlara olan münasibətinin dəyişməsində 1852-ci ildə nəşr edilən bu kitabın mühüm rolu olmuşdur.
“Tom dayı” mərhəmətli bir sahibkarın yanında ailəsi ilə birlikdə günlərini keçirir. Ancaq onun sahibin borcu olduğu üçün və pula ehtiyacı olduğu üçün, istəməsə də Tomu satmaq məcburiyyətində qalır. Tom dindar, dürüst bir adam olduğundan bu xəbəri eşidəndə qaçmağa cəhd etmir. Tomun yeni sahibi isə əvvəlki qədər mərhəmətli deyil. Elə Tomun məşəqqətli günləri də bundan sonra başlayır. 

Bir Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button