Əlinizdəki kitab İslam dünyagörüşü haqqında Ustad Məhəmmədtəği Misbahın yazdığı kitabdır. Varlıq mövzusun açıb-araşdırmaq məsələsi tarix boyu filosofları məşğul edən bir məsələdir. Bu günə qədər bu sahədə irəli sürülmüş nəzəriyyələr və görüşlər olduqca mürəkkəb və rəngarəngdir. Bu sahədə irəli sürülmüş realist və mütərəqqi görüşlərin ən realist və düzgün
vəhy mənbəyinə arxalanan islam ideoloji sistemidir. Bu sistemdə varlıq və insan düzgün araşdırılır və insanın dünya və axirət səadətinə çatması üçün lazımi göstərişlər verilir. Elə əlinizdə olan bu əsər də islam ideoloji və
dəyərləndirmə sistemi sahəsindədir. Müəllif Əqli və Nəqli sübutlara arxalanaraq elmi şəkildə mövzunu açıb aydınlaşdırmış və yeri gəldikdə Qurani-Kərimin ayələrinə istinad edərək irəli sürdüyü nəzərlərini möhkəmləndirmişdir. İslam maarifini və mədəniyyətini bütün dünya dillərində yaymaq islami əlaqələr təşkilatının vəzifəsi olduğuna görə, əsəri Azərbaycan dilinə tərcümə etdirib əziz müsəlman öz azərbaycanlı bacı-qardaşlarımıza çatdırmaq məqsədi ilə çapa hazırlamışdır. Ümid edirik ki, əziz müsəlman bacıqardaşlarımız bu kitabdan faydalana bilsinlər. Yeri gəlmişkən artırmalıyıq ki, Ayətullah Ustad Məhəmmədtəği Misbah din elmləri hövzəsi həmçinin Universitet Ustadlarından olub İslam fəlsəfəsi sahəsində və həmçinin marksizm və materializm
ideologiyasının tənqidində onlarla əsərin müəllifidir. O, hal-hazırda Qum şəhərində tədqiqat və tədris işləri ilə məşğuldur və İranda böyük hörmətə malikdir.
