ÜÇÜNCÜ HİDAYƏT

Ön söz

Bu kitabın yazılması üçün ilk qığılcım bir dialoqun çəkilişi ilə başladı. Kamera, kameranın üzərinə yerləşdirildiyi üçayaqlı və operator; operator, yaxud müsahibə aparan otaqda sükuta riayət edilməsinə israr edirdi. Korpus komandirlərindən biri Məhəm-mədcəfər Əsədinin çoxları kimi çəkiliş aparılanda söhbəti rəsmi xüsusiyyət alaraq ümumi olur və məsələnin xırdalıqlarını öy-rənmək fürsəti qalmır. Müsahibələr video-çəkiliş formasında alınırdı ki, sonradan hansısa bir yazıçı onu sənədli şəkildə kağız üzərinə köçürə bilsin.

Mənə cənab Əsədinin xatirələrini qeydə almaq təklif edildikdə, yeganə mənbə həmin video-müsahibələrdən ibarət idi. Əlbəttə, bundan da önəmlisi Məhəmmədcəfər Əsədinin özü idi. Mənim müha-ribə illərindən bəri onunla dostluq münasibətim vardı ki, bu da mənə çəkilişlər zamanı deyilməmiş xırdalıqları ondan soruşmaq və suallar verib öyrənmək imkanı verirdi. Onun da həmişə deyilməmiş və qəlbində saxladığı sirləri vardı və mənimlə başqalarından daha rahat (açıq) danışa bilir və otuz illik xatirələri gizli saxlamağa ehtiyac qalmırdı.

Müsahibələrin video və səs yazılarının tamamlanmış nəticəsini birləşdirdikdə, yazıları iki dəftərə ayırmaq, sənəd və şəkilləri də üçüncü dəftərdə qeyd etməyi düşündüm. Belə ki, birinci dəftərdə uşaqlıq xati-rələrindən müharibənin sonuna qədərki xatirələr əhatə edilsin, ikinci dəftərdə zaman ardıcıllığına riayət olunmasa belə, qısa və təsirli xatirələr qeyd olunsun. Amma əyalətin Mərkəzi İncəsənət Şöbəsinin daimi mütaliə və ədəbiyyat idarəsindəki mütəxəssis dostlarımın nəzərinə əsasən, xatirələr bir-birinə birləş-dirilərək və ardıcıl oldu. İlkin proqnozların əksinə, kitab daha yaxşı formada çap edildi və hazırda möhtərəm oxucuların ixtiyarına verilmişdir.

Bu kitabın ərsəyə çatmasında, ona ideyaların verilməsi, təşviqlər edilməsində Höccətül-İslam vəl-müslimin Əli Şiraziyə və elmli istiqamətləndirmələrinə görə də Babək Təyyibiyə öz dərin minnətdarlığımı bildirirəm.

…Hazırda, qeydlərimin sonunda ad və xatirələri bu kitabın zinətinə çevrilən – daim üstünlüklərini tərif-ləməyə çalışdığımız, onlarla həmfikir olmaq istədiyimiz nur və batini saflıq daşıyıcılarının – məqamı uca şəhidlərin mənəvi düşüncələrini araşdırır, onların bariz və əzəmətli mərdanəlik və müqavimət günləri haqda düşünürəm.

May, 2012, Səccadməneş.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button