
Universitet
1. Universitetin əhəmiyyəti ölkənin gələcəyinin əhəmiyyəti qədərincədir.
Universitetin əhəmiyyəti ölkənin gələcəyinin əhəmiyyəti qədərincədir. Əgər biz gələcəkdə böyük, abad, inkişaf etmiş, mütərəqqi, sivilizasiyalı, maddivə mənəvi tərəflərə malik ölkə olmaq istəyiriksə, unversitetlərlə məşğul olmalıyıq. Başqa çarəmiz yoxdur. Bizim hər işimiz elmi olmalıdır. Bu gün elm olmadan, elmi baxış olmadan dünyada addım atmaq, uğur qazanmaq olmaz.
2. Universitetlərin məsələsi İnqilab və ölkənin birinci dərəcəli məsələsidir
Biz yəqin deyə bilərik ki, mərhum dahi rəhbərimizin fikrincə universitetlər İnqilab və ölkənin birinci dərəcəli məsələlərindəndir. O, bir dəfə ölkənin mədəniyyət işçiləri ilə görüşündə buyurdu: “Müharibə, müvəqqəti məsələdir. Bizim əsas, mühüm və qalıcı məsələmiz universitetlərdir”.Bu, bir həqiqətdir. Müəllim və tələbə kollektivi üzərində qurulan universitet, həqiqətən, ölkənin gələcək təməli hesab olunur.
3. Bugünkü cəmiyyətimizin universitetdən umacağı
Müəllim və tələbələrimizin mütəfəkkir zəkaları bəzilərinə görə enmiş vəhy kimi dəyişilməz, şəksiz olan Qərbdən gələn qəlibləri, formaları hüquqi, ictimai, siyasi anlayışları müxtəlif elmlər üzrə böyük tədqiqat dərnəklərində incələməlidir. Onların qarşısında sual işarəsi qoymalıdır. Bu toxunulmazlıqları sındırmalı, yeni yollar aramalı, tapmalıdırlar ki, həm özləri istifadə etsinlər, həm də bəşəriyyətə təklif etsinlər. Bu gün bizim ölkəmiz buna ehityaclıdır. Bu gün ölkəmiz universitetdən bunu umur, bunu gözləyir. Universitet əhatəli, dərin proqramlaşdırma hərəkatını bu ölkənin, bu xalqın ixtiyarına verə bilməlidir. İşləyən, çalışan kimsələr özümüzdən olan təkliflər, qəliblər və yeniliklərlə İslam təfəkkür və dəyərlərinə söykənən gerçək ədalət dolu, abad bir cəmiyyətin təməlini formalaşdıra bilməlidirlər. Bu gün ölkəmiz universitetdən bunu istəyir.
