VƏHHABİ ƏQİDƏSİ 5-Cİ CİLD

QƏBİR ÜSTÜNDƏ ÇIRAĞIN YANDIRILMASI
Vəhhabilər qəbrin üzərində çırağın yandırılmasına mane olmuş və onun subut və dəlilini öncədən zikr olunan rəvayətlər bilmişlər. Halbuki, o rəvayətlərin mətn və sənəd iradları bəyan olmuşdur. O rəvayət budur: “Allahın rəsulu, qəbirlərin ziyarətinə gedən qadınları və qəbirlərin üzərində məscid inşa edənləri, həmçinin qəbr üzərində çıraq yandıranları lənətləmişdir.
Cavablar:
Birinci: Bu hədis sənəd baxımından zəifdir. Belə ki, ona işarə olunacaq.
İkinci: Peyğəmbərin (s) lənətləməsi, bu əməlləri peyğəmbər və ovliyalardan qeyrisinin qəbri üstündə əncam verənlərə şamildir. Amma əgər qadınlar peyğəmbər və ovliyalar qəbirlərinin ziyarətinə getsələr və yaxud onların qəbirlərinin üstündə məscid inşa edilsə və çıraq yandırılsa Peyğəmbərin (s) lənəti onlara şamil olmaz. Çünki peyğəmbər və ovliyaların təzimi istər diri istərsə də ölü halında şəriət tərəfindən müsbət bir iş kimi qələmə verilir.
Üçüncü: Bu rəvayət və hədis qəbirlərin üzərində çırağın yandırılaraq heç bir fayda və xeyrin əldə edilməyən halına aiddir. O cümlədən əgər bu arada bir mal zay olarsa, Peyğəmbərin (s) nəhy və lənəti buna əsasəndir. Amma qəbirlərin üzərində çırağın yandırılması, namaz, dua və quranın oxumağı üçün olarsa və yaxud gecəni orada gecələyən və zairlər onun işığından bəhrə alarlarsa, bu zaman nəinki haram deyil, bəlkə məkruh da deyil və bu əməl yaxşı işlərə köməyin fərdlərindən sayılır. Bu cavaba sənədi, Şeyx Hənəfi, Əli Mənsur kimi alimlər işarə etmişlər ki, onların nəzər və baxışları geniş formada gələcək. Qəbrlər üzərində çırağın yandırılmasının icazəli olmasına dəlalət edən nöqtələrdən biri də Peyğəmbərin (s) öz əməlidir. Tirmizi İbn Abbasdan rəvayət nəql edərək deyir: “Peyğəmbər (s) gecə bir qəbrin yanına getdi. Sonra o həzrət qəbrin üzərində bir çıraq yandırdı.
Dördüncü: Müsəlmanların həyat tərzi vəhhabi baxışlarının tam əksinədir. Çünki İbn Teymiyyənin doğumundan istər öncə istərsə də sonra müsəlmanlar qəbirlər və məqbərələr üzərində çıraq yandırırdılar. Onların bu növ həyat tərzi möhkəm bir dəlildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button