VİLAYƏT GÜNƏŞİ 2-Cİ CİLD

İMAM (Ə)-IN MÜAVİYƏYƏ QƏTİ SÖZÜ
Əmirəl-möminin Əli (ə)-ın saleh şəxsləri vali təyin etmək və səla-hiyyətsiz, ləyaqətsiz şəxsləri işdən götürməklə ilahi-haqq höku-mətinin əsaslarını möhkəmləndirdikdən sonra artıq Şamdakı xəbis şəcərənin (sülalənin) köklərini kəsərək onun şərrini islam cəmiy-yətindən uzaqlaşdırmağın vaxtı gəlib çatmışdı. Bu məsələ Həm-danın hakimi Cəririn Kufəyə gəldiyi vaxt daha da dəqiqləşdi. O, Imam (ə)-ın məqsədindən agah olduqdan sonra Imam (ə)-ın xəbərdarlığını ona çatdırmaq istədi və belə dedi:–Mənim Müaviyə ilə köhnə dostluğum var. Onu sənin haqq olan hökumətini rəsmi şəkildə tanımağa dəvət edər və Allahın itaətində olduğu vaxta qədər sənin tərəfindən Şamda hakim qala-cağını bildirərəm. İmam (ə) onun sonuncu şərti qarşısında sükut etdi və heç nə demədi. Çünki bilirdi ki, onun bu iş üçün səlahiyyəti yoxdur. Malik Əştər Cəririn İmam (ə)-ın nümayəndəsi olmasının əleyhinə çıxdı və onu Müaviyə ilə həmkarlıq etməkdə müttəhim etdi. Lakin Imam (ə) Malikin sözlərinin əksinə olaraq Cəriri seçdi. Hadisələrin gedişi də o həzrətin düzgün fikirləşdiyini isbat etdi. Imam (ə) Cəriri göndərəndə ona buyurdu: Gördün ki, gözüaçıq və din əhlindən olan səhabələrin hamısı mənimlədir. Peyğəmbər səni
“yəmənli xeyirxah” adlandırmışdı. Məktubumla birlikdə Müaviyənin yanına get. Əgər müsəlmanların hamısının qəbul etdiyinə əməl etsə, lap yaxşı. Əks halda ona bildir ki, indiyə qədər mövcud olan sakitlik və rahatlıq bir daha mövcud olmayacaq. Ona çatdır ki, mən onun vali olmağına heç vaxt razı olmamışam, camaat da onun (mənim tərəfimdən) vali olmağına razı olmayacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button