VİLAYƏT MƏHBUSU

Xütbə 1:
Günah əvəzsiz qalmır

Bir nəfər nəql edib deyir ki, mən Kufədə Ali-Zubeyrin əmirlərindən biri ilə Bəyaz sarayda oturmuşdum. Birdən Muxtar Səqəfinin başını gətirdilər qoydular əmirin qabağına. Deyir, mən bunu görəndə dedim “Allahu Əkbər, dünyanın necə işləri təkrar olur”. Dedi, necə yəni? Dedim, əmir, bir zaman mən İbn Ziyadın hüzurunda bu Bəyaz sarayda oturmuşdum. Hüseyn ibn Əlinin (ə) başını gətirib qoydular bura. Üstündən neçə il keçdi, Muxtar ibn Ziyadın başın gətirdi qoydu bu Bəyaz sarayda. Onun da üstündən indi neçə il keçib, sən Muxtarın başın gətirib qoymusan Bəyaz sarayda. Deyir, mən bunu deyən kimi bu əmir vəhşət elədi. Durdu, dedi “Bəyaz sarayı sökün”. Bəzən görürsən, dünyada insanların elədiklərini Allah dərhal qarşısına çıxarır. Bunun özündə də bir hikmət, bunun özündə də bir ibrət var. Mirzə Əliəkbər ağa Ərdəbildə müctehid idi. Deyirlər, Ərdəbildə aclıq düşdü, camaat çörək tapmadı yeməyə. Adam göndərilmişdi Rəşt şəhərinə ki, gedib oradan buğda gətirilsin. Amma buğda gələnə qədər insanlara möhlət verməyən aclıqdan camaat hətta çölün yoncasından da yeyirdi. Camaat pis günə qalmışdı. Mirzə Əliəkbər ağaya xəbər gətirdilər, dedilər ki, filan tacirin anbarında buğda var. Mirzə Əliəkbər dedi, əminsiz? Dedilər, bəli. Müctehid idi, evində olan bütün vücuhat, xüms, zəkatın pulunu götürdü, gəldi o tacirin evinə. Tacir əvvəlcə heç bunu evinə buraxmaq istəmirdi. Bilirdi Mirzə Əliəkbər nəyə gəlib. Məcbur Mirzə Əliəkbər özün saldı bunun evinə. Ondan sonra dedi “sən qıyma, müsəlmanlar pis günə qalıblar, aclıq milləti qırır. Mən adam göndərmişəm Rəştə buğda üçün. Buğda gələcək, amma indi o gələnə qədər sən gəl anbarındakı buğdanı sat mənə”. Çox dedi, amma qəbul eləmirdi, axırda yalvar-yaxar bu boyda müctəhidin sözündən sonra qəbul etdi. Qəbul edəndən sonra Mirzə Əliəkbər ağa xümslər yığılmış dəsmalı açdı qoydu ortalığa. Əlini atdı o vücuhata, hansı ki İmam Zamanın (ə.f) ünvanına ayrılmış pul idi, xalq xüms vermişdi, zəkat vermişdi.

Bəyənilmə

User Rating: 4.68 ( 2 votes)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button