Bismillahir-rəhmanir-rəhim
Əlhəmdu lillahi və la hovlə və la qüvvətə illla billahil-Əliyyil-əzim,
vəssəlatu vəssəlamu əla rəsulillah Mühəmmədin xataminnəbiyyin və alihit-təyyibin. «Vilayəti-Fəqih» kitabı imam Xomeyni həzrət-lərinin 1389-cu il zilqədə ayının 13-dən zilhəccə ayının ikisinə Nə-cəf şəhərində olarkən söylədiyi on üç nitqdən (məruzədən) iba-rətdir. Bu məruzələr o illərdə müxtəlif surətdə, bəzən kamil və bə-zən də bir-iki qısa məcmuə şəklində buraxılmışdır. Nəhayət, 1349-cu hicri şəmsi ilində redaktə olunub imam təsdiq etdikdən sonra çapa hazırlandı və ilk dəfə olaraq imamın müridləri tərə-findən Livanda çap etdirilib gizlincə İrana göndərildi və eyni vaxtda Avropada, Amerika, Pakistan və Əfqanıstan ölkələrinə göndərildi. Bu kitab 1356-cı ildə İranda «İmam Müsəvi Kaşiful-Qitadan bir məktub» adı ilə «Cihadi-əkbər» kitabına əlavə olunaraq çap edildi. «Vilayəti-Fəqih» kitabı imam Xomeyninin başqa əsərləri kimi şah rejimi tərəfindən qadağan edilmişdi və hətta bir çoxları bu kitabı mütaliə etdiklərinə görə zindana salmışdılar. «SAVAK»1-ın təzyiqlərinə baxmayaraq kitabda fiqhi əsaslarla izah edilən islam höküməti ide-yası müsəlmanların arasında geniş yayıldı və 15 xordad qiyamıın habelə imam Xomeyni hərəkatının ən mühüm amalları kimi çıxış etdi. Fəqihlər vilayəti-fəqih barəsində yeri gəldikcə bəziləri qısa şəkildə, bəziləri isə təfsilatla söz açmışlar. Amma keçmiş əsrlərdə yaşayan fəqihlərin kitablarında bu mövzu ətrafında kamil və əhatəli bəhs edilmişdir. Ələbəttə, bunun səbəbi müsəlman ölkələrinin keçmişdə siyasi və ictimai şəraiti və zülmkar hökumətlərin istilası idi ki, bu kimi mövzulardan söz açılması imkan verilmirdi. Eyni halda ilə fəqihlərinin vilayəti-fəqihin ixtiyarları barədə nəzərlərinin müxtəlifliyinə baxmayaraq hamısı cameüş-şərait olan fəqihin hakimiyyətinə həmrəydirlər. Son vaxtlar vilayətə aid fəqihlərin görüşləri bir sıra kitablarda toplanmışdır.