Yadımdadır
Uşaq ikən atam mənə şəhidlərin həyatı barədə danışanda xəyal quşuna minərək göylərə uçurdum, ruhum Hacı Mənsur Ərzinin “Dokuhə” mərsiyəsi ilə Çəzzabəyə, Dokuhəyə, Ərvəndə pərvaz edirdi. İgid və mərd oğulları hər gün yadıma salır, sakitcə böyüyürdüm, özü də qəlbimə və ruhuma həyatın hansı iksirinin dolduğunu anlamadan. Şəhid dostlarının şəkillərinə baxarkən atamın gözlərindən axan yaşı görəndə qəlbim titrəyirdi. O, ezamiyyətdə olanda, ya da başqa bir səbəbdən ondan ayrı qaldığım zaman ruhumun yeganə təskinliyi kitab oxumaq idi. Şəhidlərə həsr olunmuş bu kitabları oxuyarkən göz yaşlarım yanaqlarımı isladırdı. Bu illər ərzində öyrəndim ki, həyat -fədakarlıq, cihad, ezamiyyət, anamın gözlərinin həmişə yolda qalması deməkdir. O bizə həm ana idi, həm də atam ezamiyyətdə olanda ata olur, onun yoxluğunu hiss etdirmirdi. Doğrusunu desəm, ətrafımda olanların hamısı beləydi. Onlara baxdıqda ilahi ətri duyurdum. Yağış və
torpaq ətri, yaşıl formalarına hopmuş tünd barıt qoxusu məni mavi səmalara aparırdı. Albomumuz gözümü bir an belə qırpmadan baxacağım şəhid şəkilləri ilə dolu idi. Bu həyəcan dolu həyatımız
boyunca hər bir günümü rahatlığa qərq etməli olduğumu öyrəndim. Kitab oxumaqla, gül əkməklə böyüyüb boyabaşa çatdım. Yalnız bunlarla özümü sakitləşdirirdim. Həyatın yalnız və yalnız şəhidlər həyatı kimi olduqda gözəlləşdiyini öyrəndim. Onların həyatının incəliklərinə heyran qalırdım və mənimçün ən əsas məsələ yalnız Allahın razılığı idi.