YARANIŞIN SİRLƏRİ

Bismillahir Rəhmanir Rəhim. Həmd və səna Aləmlərin rəbbi olan Allaha məxsusdur. Allahın salavatı və salamı məxluqatı düz yola hidayət edənə (Muhəmməd və onunpak əhli beytinə) olsun. Onların düşmənlərinə qiyamət gününə qədər Allahın lə`nəti olsun. Əziz oxucu! Bildiyimiz kimi İslam elmi inkişaf etmiş elmlərdən biridir. Əgər tarixə nəzər salsaq, onda görərik ki,həqiqətən İslam barəsində deyilən sözlər indi də özünü doğruldur. Əgər Qur`anın və mə`sumİmamlarin(ə)buyurduqlarına nəzər salsaq, İslamda fəqət ibadət və itaət hökmləri yox, bəlkə də elmi mövzulara da geniş surətdə yer verilmişdir. Hal-hazırda bizim tərcümə etdiyimiz bu kitabda İslamın tovhid bölməsi yaradılışın e`cazkarlığı ilə isbat olunur. Bu kitab İmam Sadiqin (ə) ən ya-xın səhabəsi olan Müfəzzəl ibni Ömər tərəfindən tərtib edilmişdir. İslam dini İmam Sadiq (ə) dövründə bö-yük inkişafa malik olmuşdur. Ona görə də İmam Sadiqin(ə) dövründə dinimizin ibadət bölməsi ilə yanaşı elmi bölməsi də çox geniş surətdə inkişaf etmişdir. O dövrdə İmam(ə) və onun tələbələri olan ilahi hikməti və tədbiri inkar edən filosoflara yaranışın elmi dəlilləri ilə qət`i cavab veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button