YASİN SURƏSİ

«QURANİ–KƏRİMİN» QƏLBİDİR
«Qurani–Kərim»in qəlbi hesab edilən «Yasin» surəsi müxtəlif dövrlərdə bir çox alimlər tərəfindən təfsir edilmiş və bu mübarək surəyə ayrıca tədqiqat əsərləri, məqalə və şərhlər həsr olunmuşdur. 83 ayədən ibarət olan bu surə özündə nübüvvətə və
məada, Allahın tövhid dininə dəvətə dair ilahi kəlamları əhatə etməklə yanaşı, həm də bir sıra qiymətli elmi fikirlər ehtiva edir.
Bu mübarək surədə Günəşin, Ayın və başqa səma cisimlərinin hərəkətinə dair elə qiymətli fikirlər söylənilmişdir ki, onlar Avropa elminə yalnız əsrlər keçdikdən sonra məlum olmuşdur. Heliosentrik nəzəriyyənin geosentrik nəzəriyyə ilə müqayisədə elmdə inqilab olduğunu iddia edən alimlər «Qurani–Kərim»lə tanış olduqdan sonra həmin fikrin Allah kitabında olduğunu görüb bundan öz heyrətlərini gizlədə bilməmişlər. «Yasin» «Qurani–Kərim»in başqa surələri kimi həmişə təfsirə, şərhə ehtiyac hiss edir. Çünki zaman keçdikcə, bəşəriyyətin əqli səviyyəsi yüksəldikcə, elmi kəşflər artdıqca «Quran»ın ilahi kəlamları, buradakı universal həqiqətlər hər dövrün elmi nailiyyətləri əsasında izah edilib insanlara çatdırıldıqda Allah kəlamının mütləq gerçəkliyi və cahanşümul əzəməti bir daha göz qarşısında canlanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button