Bəşəriyyətin ən gözəl və ilahi hisslərindən biri onun ailə qurmağa və övlad sahibi olmağa meylidir. İnsanların ailə formasında yaşayışı tam təbiidir. İnsan elə bir şəkildə yaradılmışdır ki, o fitri və təbii şəkildə ailə qurmağa və övlad sahibi olmağa meyl göstərir. Qadın və kişi elə bir formada yaradılmışdır ki, onlardan heç biri o biri olmadan səadətə çatıb ehtiyaclarını ödəyə bilmir. Onlardan birinin vücudu o birini tamlaşdırır. Başqa sözlə, qadın və kişinin bəzi istedadları yalnız ailə qurduqdan sonra yetərli həddə çatır. Quran təbirincə: “Sizin üçün öz növünüzdən zövcələr yaratdıq ki, onlarla aramlıq tapasınız və aranızda sevgi və mərhəmət qərar verdik.” Sevgi və mərhəmət
üzərində qurulmuş rabitənin yalnız ər-arvad və övlad üçün yox, bütün
cəmiyyət üçün çox xeyirli və bərəkətli təsirləri var.
