Müqəddimə
Allah-taala qız və qadınlara həzrət Zəhranı (s) nümunə seçməklə bildirir ki, mənəvi tərəqqi kişi və ya qadın cinsinə xas deyil. Kişi və qadın mahiyyətcə Allah dərgahında bərabər olub, hər biri yalnız iman və təqva sayəsində bir-birindən fərqlənir. Aşağıda qeyd edilən şəhid Zeynəb Kümayinin (Mitra) həyatı da bizə göstərir ki, yaşayış yalnız yeyib-içmək, geyinib-keçinmək və əyləncə ilə bitmir. Onun kimi yeniyetmə qızın dünyaya baxışı daha genişdir və həyatı Allahın razılığında görür. Belə ki, on dörd yaşlı Zeynəbin rəftarları ilahi razılığın cəlbi ilə məna kəsb edir. Biz neçə səhifəlik yazıda onun nümunəvi həyatını qısa şəkildə qələmə almışıq. Kişi və qadın, böyük və kiçikliyimizdən asılı olmayaraq, belə nümunəvi fərdin həyatı bizə gözəl örnək sayılır və bir növ, onun kimi olmağa borcluyuq.
Atifə Sadat Musəvi
Payız, 2022.