500 SUAL CAVAB / ƏSRİN İMAMI MEHDİ SAHİB-ƏZ ZAMANLA (Ə.F) TANIŞLIQ

İslamın, xüsusi ilə də Əhli-bеyt məktəbinin fundamental mövzularından biri “Məhdəviyyət” məsələsidir. İslamın əzəmət və İslam hökmlərinin əbədilik nişanəsi olan bu mövzu bütün dinlərdə təsbit olunmuşdur və qurtuluş məsələsi dini amallar sırasında dinlərin prinsipial məsələlərindən biri kimi öz yerini tutmuşdur. Qeyri-ilahi ideologiyalarda və firqələrdə də hansısa formada bumövzu ilə rastlaşmaq olur Həzrət Məhdinin (ə) zühuru ilə müşayiət olunan böyük vəd mövzusu bəşər tarixi boyu köklü mövzulardan olmuşdur. Belə ki, müqəddəs, dini kitablar, eləcə də, İslamdan öncəki və sonrakı əsərlər bu mövzunun həqiqiliyinə şəhadət vermişlər. Əgər tarix boyu bumövzu ilə bağlışübhələr ortaya çıxmışsa, bu özü də uyğun mövzunun müxtəlif cəmiyyətlərdə aktuallığını göstərir. Bütün dinlər və ideoloji məktəblər uyğun mövzu ilə
bağlı araşdırmalar aparmışlar. Amma bu məsələyə hərə bir tərəfdən yanaşmış və mövzu hərtərəfli araşdırılmamışdır. Bununla belə, bütün tərəflər süquta uğramış cəmiyyəti paklığa çağıracaq, elm və mərifət, ədalət və ehsan ruhunu bəşəriyyətə qaytaracaq bir şəxsin zühuruna şəhadət vermişlər. Hamı inanır ki, bir gün həqiqət bütünlüklə aşkarlanacaq, vəd olunmuş zühur işığında xalq ədalətə və Allahla yaxınlığa nail olacaq, yer və zaman tarazlıq və səbata çatacaq.

Bəyənilmə

User Rating: Be the first one !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button