QURANDA İMAMƏT

Ön söz
Dəyərli alim Höccətül-islam Məhəmməd Baqir Saivərin sizə təqdim etdiyimiz növbəti əsərində, Qurani-Kərimdə imamət etiqadı haqda geniş və dərin araşdırma aparılmışdır. İslam dünyasında ən önəmli və əsaslı məsələlərdən olan imamət inancı daim bütün məzhəblər tərəfindən diqqətlə izlənmiş və müxtəlif şərh və izahlarla tədqiq olunmuşdur. Amma hazırkı kitabın eyni mövzulu əsərlərdən fərqi budur ki, imamət məsələsi Qurani-Kərim və hədislər baxımından araşdırılmasından əlavə, tarixi aspektən də tədqiq edilir və sosioloji amillər nəzərdən qaçmır. İmamət məsələsinə münasibətdə fərdin inancının psixoloji analizi ilə birgə bu məsələyə baxış tərzində onun üzərində təzyiq yaradan sosial mühəndislik, yönləndirmə funksiyalarının hansı dərəcədə təsirli olması izah edilir.
İmaməti peyğəmbərliyin davamı olaraq ortaya qoyan bu əsərdə, onların Allah-taalanın hidayət planına uyğun olaraq paralel şəkildə fəaliyyətini gözəl şəkildə bəyan edir. İslam dininin bir bütün olaraq peyğəmbərlik, imamət və ilahi övliyaların rəhbərliyi ilə cəmiyyətin sağlam düşüncə, duyğu və əməllərlə bu planın icrasına köməyini təsvir edir. Bu bütünün imaməti kənara qoyaraq kamillikdən uzaq düşəcəyini əsaslandıraraq, Əhli-Beytin (ə) ünvanını şəffaf şəkildə aydınlaşdırmaqla, imamət məqamının kimlərə məxsus olmasını isbat edir.
Ümumiyyətlə, islam dininin yaranma fəlsəfəsinin özəyində, davamiyyətində və öz hədəfinə kamil şəkildə çatmasında imamət etiqadının rolu ətraflı şəkildə və əqli-nəqli arqumentlərə dayanaraq axıcı formada təqdim edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button