“Var gücümlə dayanmadan qaçırdım. Başım üzərindən
güllələr yağırdı. Gah ayaq üstə, gah oturaq halda, gah da
sürünə-sürünə irəliləyirdim. Yerdə o qədər ölü var idi ki,
tapdayıb keçməyə məcbur idim. Bir dəfə ayağa qalxıb
qaçmaq istəyəndə arxadan səs eşitdim: “Mehdi…
Mehdi…”
Səsə doğru getdim. Al-qana boyanmışdı. Tanıya bilmədim. Bütün bədəninə bağlanmış sarıqlar qan içində idi. Qırıq-qırıq səslə dedi: “Mehdi, niyə belə qaçırsan?! Özünü sıxma! Təkcə papağını saxla… Sən əsir düşməməlisən…” O, danışa-danışa ayağa qalxdım, qayışı açıb bel çantamı yerə qoydum… O, sözünə davam etdi: “Sən uşaqsan. Təbliğat məqsədilə səndən sui-istifadə edə bilərlər… Nəyin bahasına olursa-olsun, qaç!”
