
Bir müddət idi ki, bu ağır əmanəti öz çiyinlərimdə hiss edirdim, ancaq öz qələmimi və dilimi bu əzizlərin yaratdığı dərin dəyərləri canlandırmaqda aciz bilirdim. İnsaniyyət ülgüləri olan şəhid anaları -zəmanəmizin Zeynəbləri – mənim yanıma gəlib qəlbimə qorxu və vəhşət salaraq “Allahın neçə-neçə sübhləri bizim əzizlərimizin qanlarını dünyaya çatdırmaq üçün təhlükə ilə dolu olan bu yolda səninlə olduğuna rəğmən, necə ola bilər ki, dodaqlarına sükut möhürü vuraraq bu məsuliyyətsizlik küncündə əyləşməyi seçmisən?!” dediklərində, qələmimin sükutunun xəcalətindən və bu ağır yükün altındakı dözümsüzlüyümdən savayı verə biləcəyim heç bir cavabım yox idi. Ancaq nə etmək olar?! Ortada bir mən qaldım və bir də bu xətər dolu məsuliyyət.
Bu vəzifənin vacibliyini dərk etdiyim zamanda yeganə ümidim budur ki, atacağım addım bu millətin 8 il davam edən müqəddəs müdafiə tarixini öz sinələrində gəzdirən, ancaq müxtəlif bəhanələr ucbatından haqq uğrunda mübarizə təfəkkürünün əbədiyyətə qədər qalmağı üçün bu müdafiənin unudulmaz tarixini gələcək nəsillərə çatdırmaqdan boyun qaçıranlara bir örnək olsun.
Bu kimi insanlar bir tərəfdən bu müdafiənin haqq olduğunu isbat edən canlı şahidlərdirsə, digər tərəfdən illər boyu bizi öz dağıdıcı hücumlarına məruz qoyanların düşmənçiliklərini sübuta yetirən şahidlərdir.
Yazıçının fikrinə görə bu müharibədə baş verən hadisələrin ən xırda detallarını belə tarixin yaddaşına həkk etmək, bu sahədə fəaliyyət göstərən və ya bu müdafiədə hər hansı bir rolu olan və 8 il sürən bu unudulmaz əfsanəyə anbaan canlı şahidlik edən hər bir mücahidin şəri vəzifəsidir və bu yöndə süstlük göstərmək, gələcək tarixdə yer tutan və özünün yeni ictimai bünövrəsini qurmaqda bu müharibəyə ehtiyacı olan susuz nəsillərə qarşı edilmiş ən böyük xəyanətdir.
Seyyid Həmid Rza Taleqani
