AŞURA DİVİZİYASININ BAYRAQDARI

Aşura diviziyasının bayraqdarı
Qarşınızdakı əsər “Dostların şahidi” aylıq jurnalının ömür boyu iddiasız yaşamış bir insan barədə xüsusi buraxılışıdır. O, üç övladını İslam və inqilab yolunda qurban vermiş, heç birinin cəsədini görməməklə fədakarlığın zirvəsinə ucalmış dindar ailədə dünyaya göz açmışdı. Sözügedən ailənin üç övladından biri Şəhid Həmid Bakiridir. O, ölkəmizin müxtəlif döyüş əməliyyatlarında
illərlə qəhrəmanlıq göstərmiş cəsur komandirlərindəndir.
Böyük qardaşı Əli Bakiri Şərif Sənaye Universitetinin əlaçı tələbələrindən olmuş, şah rejimi tərəfindən şəhadətə yetirilmiş, cəsədi ailəsinə verilməmişdir. Bu hadisə onun qardaşları Həmidlə Mehdinin şah rejiminə qarşı daha ciddi mübarizə aparmasına səbəb olmuşdu. Həmid hərbi xidmətini Urmiya yaxınlığındakı jandarmeriya zastavalarından birində keçirmiş, bu səbəbdən İraq sərhədindəki gizli yollarla yaxından tanış olmuşdu. O, sonralar həmin tanışlıqdan inqilab məqsədləri üçün istifadə edəcəkdi.
Həmid Bakiri mübarizə imkanlarını artırmaqdan ötrü təhsil məqsədilə xarici ölkəyə yollandı, bir müddətdən sonra hərbi təlim keçmək üçün Suriya və Livana getdi. O, bu işlərdə böyük həvəs və iradə nümayiş etdirirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button