MÜQAVİMƏT GENERALI VİLAYƏT ƏSGƏRİ

“Müqavimət” sözü Qurandan gələn, Quranın ictimai ayə və anlayışları ilə əlaqədar olanfundamental və fitri sözlərdəndir. Lüğət və təfsirlərə əsasən, onu tövhid, ədalət və nəhayət,
İslam məfhumları ilə bərabər bilmək olar. Bu önəmli məsələ bəzən yetərsiz qənaətlərə görə ifrat və təfritə səbəb olmuş, daha çox,
müqavimət üsullarından biri olan qarşıdurma, müharibə və döyüş kimi başa düşülmüşdür. Quranda müqavimət məfhumu tövhid, ədalət və fitrət üzərində dayanır, insanın taleyinə Allah
hakimiyyəti prinsipinin həyata keçməsi, dövlət qurulması, ədalətin bərqərar edilməsi, yerin abad-laşdırılması və Allahdan qeyrisinin rəhbərliyinin qəbul edilməməsi üzərində təkid göstərir. Allah-taala Qurani-kərimin dəyərli ayələrində İslam cəmiyyətinə tapşırıb ki, kömək istəyən möminlərə kömək etsinlər.
Qurani-kərim İslam ardıcıllarının bir xüsusiyyətinin müsəlmanlara qarşı dostluq və mehribanlıqdan, kafirlərə qarşı isə düşmənlik və mübarizədən ibarət olduğunu söyləyir:
“Məhəmməd Allahın elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə
mərhəmətlidirlər”. Allah-taala möminlər arasında münasibətləri bəyan edəndən sonra onlara buyurur:
“Əgər din yolunda sizdən kömək istəsələr, kömək göstərmək sizə vacibdir”. Nurlu ayədən də göründüyü kimi, kömək istəyən möminlərə kömək etmək iman cəmiyyətinin borcudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button